Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

11:14 - 9 Yanvar 2026 - GÜNDƏM

 Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

2025-ci ildə dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana 6580 ton taxıl - 1000 tonu Qazaxıstandan, 5580 tonu Rusiyadan, eləcə də 1210 ton Azərbaycan benzini daşınıb.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı idxal edilib, daha 4103 ton isə yoldadır. Həmçinin 7600 ton Azərbaycan neft məhsulları da yoldadır ki, bunun 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır. Benzin və dizel yanacağının qiymətlərinin ötən ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (təxminən 36 qəpik) qədər azalacağı gözlənilir. Bu hadisələrə cavab olaraq, neft məhsulları ticarəti ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışır”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol