Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı

06:46 - 9 Yanvar 2026 - HADİSƏ

 Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı

18:20

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

BUTA.TV bildirir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat yayıb.

Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən bildirilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Mübariz Mənsimov barəsində istintaq başladıldı

Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadığını bəyan edib.

Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.

Qeyd edək ki, cəmi iki gün öncə, 6 yanvarda saytımıza açıqlama verən Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Nəsimi Nəbizadənin vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdi.

***

"Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist Nəsimi Nəbizadə tapılıb.

Oxu.az-ın məlumatına görə, jurnalist reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib.

Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol