2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa Birliyi, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.
Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apelyasiya müraciəti hazırlanıb.
Hələlik apelyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.
Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü
- Əfqan Sadıqov həbs edildi
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video