Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər olduqca mühümdür. Dil təkcə ünsiyyət vasitəsi deyil, cəmiyyətin birliyini təmin edən əsas amildir. “Dil insanları birləşdirir” fikri dilin sosial inteqrasiyada həlledici rolunu ifadə edir.
Bu barədə BUTA.TV-a açıqlamasında Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov deyib.
Onun sözlərinə görə, dil ictimai münasibətlərin formalaşmasında, milli dəyərlərin qorunmasında və vahid düşüncə sisteminin yaranmasında əsas rol oynayır:
“Bu baxımdan dil milli birliyin və dövlətçiliyin əsas dayağıdır. Dil vasitəsilə tarixi yaddaş nəsildən-nəslə ötürülür, milli şüur formalaşır. Dilin zəifləməsi isə milli kimliyə və dövlətçilik ideyasına təhlükə yaradır. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan xalqı müxtəlif tarixi mərhələlərdə imperiyaların tərkibində yaşamasına baxmayaraq, ana dilini qoruyub saxlayıb”.
Dilçi alim bildirib ki, prezident çoxdilliliyi dəstəkləsə də, ana dilinin qorunmasını prioritet sayır:
“Xarici dilləri bilmək vacibdir, lakin bu, Azərbaycan dilinin mövqeyini zəiflətməməlidir. Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili məktəblərinin yaradılması dilin nəsildən - nəslə ötürülməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Prezident media nümayəndələrini efir məkanında xarici sözlərdən istifadə etməməyə çağırır, çünki cəmiyyətin dil modeli əsasən media vasitəsilə formalaşır”.
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü
- Əfqan Sadıqov həbs edildi
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video