İki ölkə beynəlxalq hüququ saymır, hər iki dövlət öz ambisiyaları üçün məntiqi, qaydaları çeynəyir, amma biri öz məqsədinə 4 saata çatır, müdaxilə etdiyi ölkəyə pul, qazanc, iş yeri, investisiya vəd edir, heç olmasa, vəd edir, digəri isə 4 ildir özündən əhali olaraq 4 dəfə, ərazi olaraq 28 dəfə kiçik, qohum-qonşu xalqla, dövlətlə bacarmır, ayağı dəydiyi hər yeri xaraba qoyur. Ən böyük fərq isə odur ki, Rusiya işıqlı heç nə vəd etmir, inkişaf, pul, investisiya gətirmir, ancaq ölüm və dağıntı səpir.
BUTA.TV xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli ABŞ ordusunun Venesuelaya zərbə endirməsi və Prezident Nikolas Maduronu xanımı ilə birgə əsir götürməsini şərh edərkən bildirib.
“Hər iki ölkə işğalçıdır, amma biri işğal edib Yaponiya, Cənubi Koreya qurur, digəri işğal edib Abxaziya, Cənubi Osetiya kimi vassallar yaradır. Birinin işğal etdiyi, vassal halına saldığı KİA, “Samsunq”, “Toyota”, “Soni” istehsal edir, digərinin işğal etdiyi isə saxta araq buraxıb, elə rusun özünü zəhərləyir.
Hər ikisi hüquq tanımır, amma gördüyünüz kimi, nüanslar var”, - o bildirib.
Politoloq xatırladıb ki, ABŞ-ın işğal etdiyi müsəlman ölkələrinin Sinqapur və ya Cənubi Koreya olmamasının səbəbi daha dərindir.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır