Rusiya Trampın köməyi ilə Ukraynanı onun şərtlərini qəbul edib, böyük ərazi itkiləri ilə barışmağa məcbur edəcək. Ukrayna 20 % torpaq itkisi ilə dövlət suverenliyini qoruyub saxlaya bilsə, bunu indiki halda onun xilası hesab etmək olar. Gələcəkdə isə Rusiya Xarkov, Dnepropetrovsk və Odessanı da Ukraynadan alacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
Rusiya Ukrayna üzərində nəzarətini bərpa edəcək. Müharibə Rusiyanın şərtləri ilə başa çatsa, Rusiya dünya lideri statusunu təsdiq edəcək və bu onun NATO, korrupsiyalaşmış Avropa liderləri üzərində möhtəşəm qələbəsi olacaq. Dünyada Rusiyasız heç bir qərar qəbul olunmayacaq. Trampın Ukraynaya təzyiqlərini izləyib belə qənaətə gəlmək olar ki, sülh sazişi yaxın zamanlarda imzalana bilər. Müharibənin davam etməsi artıq Rusiyanın maraqlarına cavab vermir, Ukraynanın isə müharibəni davam etdirmək imkanı yoxdur”, - o bildirib.
- Gəmidəkilərin nəşləri tapıldı
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto