Baş Prokurorluq və İnterpol əməkdaşları Qazaxıstan Xarici İşlər Nazirliyinin köməyi ilə orqan qaçaqmalçılığına görə axtarışda olan Ukrayna vətəndaşını Polşadan ekstradisiya ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, o, 2017-2018-ci illərdə transmilli mütəşəkkil cinayətkar qrupun üzvü kimi insan orqanlarının alqı-satqısı ilə məşğul olmaqda şübhəli bilinir:
“Bu mütəşəkkil cinayətkar dəstə canlı insanların orqanları ilə 56 qanunsuz əməliyyat təşkil edib, onlar respublikanın səhiyyə təşkilatlarında transplantasiya həyata keçiriblər. Qadın mart ayında Polşada saxlanılıb. Polşa tərəfinin məlumatına görə, ukraynalı qadının da iştirak etdiyi cinayətkar qrup Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Taylandda 56 qurbanın böyrəklərini qanunsuz olaraq çıxarıb”.
- Əhmədovdan rüşvət alan fransalı iş adamının cəzası azaldıldı
- Bu bazarda yoxlama aparıldı: Ciddi nöqsanlar... - Foto
- Bakıda bu parkın ərazisi dağıdıldı - Video
- 15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?