Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Erməni Apostol Kilsəsinin dini lideri II Qareginin hazırda həbsdə olan qardaşı arxiyepiskop Ezras Nersisyanın xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrinin müəyyən edildiyini açıqlayıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, MTX Nersisyanın həmçinin 1986-1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) ilə əməkdaşlıq etdiyini bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşına məxsus olan “Haykakan Zamanak” qəzeti isə keçmiş prezident Serj Sərkisyanın da sovet dönəmində KQB-yə “Nərimanov” kod adı ilə işlədiyini yazıb.
Hətta 2016-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı fraksiyalar arasında mübahisə yarandığı, Sərkisyanın “Nərimanov” kod adı ilə KQB-yə işləməsinin xüsusi vurğulandığı deyilir.
Bundan başqa, Sərkisyanın vaxtilə Bakıdakı Zaqafqaziya Komsomol Məktəbində təhsil aldığı, Azərbaycanda erməni təbliğatına qarşı kampaniyalarda iştirak etdiyi iddia olunur. Lakin Sərkisyanın KQB-nin Azərbaycandakı bürosunun adamı olmasına rəğmən, daha sonra Moskvanın yönləndirməsi isə ermənipərəstliyi əsas götürdüyü deyilir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da 2012-ci ildə mətbuata müsahibəsində bu iddiaları təsdiqlədiyi bildirilir.
- Əhmədovdan rüşvət alan fransalı iş adamının cəzası azaldıldı
- Bu bazarda yoxlama aparıldı: Ciddi nöqsanlar... - Foto
- Bakıda bu parkın ərazisi dağıdıldı - Video
- 15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?