Ruben Vardanyanın müdafiəsini üzərinə götürdüyünü elan edən amerikalı vəkil Cared Genserin Azərbaycanla bağlı müxtəlif çıxışları və müraciətləri ilə tanış oldum. Vəkil bütün müraciətlərində Ruben Vardanyanın xristian inancına mənsub olduğunu xüsusi vurğulamış, bu faktı beynəlxalq təşkilatların, insan hüquqları qurumlarının və nüfuzlu Qərb KİV-lərinin diqqətinə çatdırmağa çalışmışdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev qeyd edib.
O bildirib ki, bu müraciətlərdə Azərbaycan “müsəlman ölkəsi”, Vardanyan isə “xristian erməni” kimi təqdim olunaraq, dəxli olmadan prosesə dini kontekst əlavə edilmişdir:
“Məqsəd açıq şəkildə beynəlxalq xristian auditoriyasının, xüsusən də Qərb ictimai rəyinin emosional reaksiyasını formalaşdırmaq olmuşdur.
Vəkilin bu ritorikası hüquqi arqumentlərdən çox, xristianlıq üzərindən simpatiya yaratmağa hesablanmış addımdır. Beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan müraciətlərdə dini mənsubiyyət faktı əsas xətt kimi qabardılsa da, bu amilin cinayət işinin hüquqi mahiyyəti ilə birbaşa əlaqəsi yoxdur və bu arqumentlər aşağıdakılara görə əsassızdır:
Əvvəla, Ruben Vardanyanın saxlanılması və barəsində aparılan istintaq onun dini inancı ilə bağlı deyil, konkret əməllər və hüquqi ittihamlar çərçivəsində həyata keçirilir. Nə Azərbaycan qanunvericiliyində, nə də istintaq materiallarında dini mənsubiyyət ittihamın elementi kimi nəzərdə tutulmayıb.
İkincisi, dini kimlik yalnız o halda hüquqi əhəmiyyət daşıyır ki, şəxsə qarşı dini zəmində ayrı-seçkilik və ya təqib sübuta yetirilsin. Vardanyan işi üzrə isə onun xristian olduğuna görə saxlanılmasını və ya fərqli rəftara məruz qalmasını təsdiqləyən heç bir obyektiv sübut təqdim edilməyib.
Bundan başqa, Azərbaycan dünyəvi dövlətdir və uzun illər ərzində ölkədə müxtəlif xristian icmaları — pravoslav, katolik, protestant və digər dini icmalar — sərbəst fəaliyyət göstərib. Bu faktın özü yaradılan “hay-küyün” reallığı əks etdirmədiyini göstərir.
Sonuncusu, münaqişə sonrası həssas regionda dini kimliyin qabardılması hüquqi müdafiəyə xidmət etmir, əksinə, etno-dini qarşıdurma təsviri yaradaraq prosesin siyasiləşməsinə və radikallaşmasına zəmin yaradır. Beynəlxalq təcrübə göstərir ki, münaqişələrin dini çərçivəyə salınması onların hüquqi həllini çətinləşdirir və cəmiyyətlərarası gərginliyi artırır.
Fikrimcə, Ruben Vardanyanın xristian olmasının onun həbsi ilə əlaqələndirilməsi hüquqi deyil, siyasi və emosional manipulyasiya xarakteri daşıyır. Bu cür yanaşma nə faktlara, nə beynəlxalq hüquq prinsiplərinə, nə də peşəkar vəkillik etikasına uyğundur. Dini inancın işin mahiyyəti ilə əlaqəsi olmadığı halda qabardılması hüquqi müzakirəni zəiflədir, dinlərarası həssaslığı süni şəkildə alovlandırır və münaqişənin hüquqi çərçivədən çıxarılmasına xidmət edir”.
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi