Kremlin yaxınlığında hindistanlı miqrantların hind mahnısına rəqslərini əks etdirən görüntülər Rusiya sosial şəbəkələrində zəlzələ effekti yaradıb.
BUTA.TV xəbər verir ki, bu, xüsusilə Rusiyanın (Vladimir Putinin) Hindistandan 8 min işçi miqrantın cəlbi ilə bağlı qərarından sonraya təsadüf etdiyi üçün qızğın müzakirələr doğurub.
Rusiyada demoqrafik vəziyyət uzun müddətdir ki. ürəkaçan deyildi və hər il Rusiya əhalisinin azalması tendensiyası davam edirdi. 2022-ci ildə başlayan müharibədən sonra isə ölkədə bu proses sürətləndi: müharibəyə gedənlər, ölümlər əhalinin sayının azalmasına ciddi təsir edir, üstəlik sosial rifahın kəskin şəkildə aşağı düşməsi, iqtisadi çətinliklər ölkəni tərk edənlərin sayını artırır. Rusiyadan həm də beyin axını, xüsusilə İT mütəxəssislərinin gedişi rezonans doğurmuşdu.
Rusiya bu boşluğu ilk vaxtlar MDB ölkələrindən miqrasiyanı stimullaşdırmaqla doldurmağa çalışdı. Rusiyaya miqrasiya isə əsasən müsəlman və türk ölkələrindən (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və s.) idi. Ancaq qısa müddət sonra Rusiyada xüsusilə müsəlmanlara qarşı repressiv davranış, onların təhqir edilməsi, döyülərək öldürülməsi, o cümlədən hüquq-mühafizə orqanlarının ədalətsiz davranışları sistemli hal aldı. Rusiya miqrantlara qarşı tələbləri də artırdı, miqrantların cəbhəyə məcburi göndərilıməsi halları artdı. Həmçinin son illər Qazaxıstan və Özbəkistan sürətli iqtisadi inkişafları ilə seçilirlər. Bu səbəblər Rusiyaya MDB ölkələrindən miqrasiyanı azaltdı.
Bu fonda əsas təhlükə Kremlin “strateji müttəfiq” adlandırdığı, əslində isə öz maraqlarına uyğun davranaraq, Rusiyanın sərvətlərini su qiymətinə daşıyan Çin sayıla bilər. 1,4 milyardlıq əhalisi və sürətlə böyüyən iqtisadi gücü ilə “təbii ekspansionist”ə çevrilən Çin öz əhalisinin miqrasiyasında maraqlıdır və Rusiyanın xüsusilə şərq bölgələrində çoxsaylı çinliyə rast gəlmək olur. Rusiya isə çinlilər əvəzinə hindistanlılara qapı açmaqla, Çin və Hindistanın rəqib olması səbəbindən guya bu miqrasiyanı balanslaşdırmağa çalışır. Halbuki 1,5 milyardı keçən əhali sayı ilə Çini geridə qoyan Hindistan daha təhlükəlidir.
Elə bu da müzakirələrin nüvəsində dayanır. Ekspertlərin fikrincə, Hindistandan 8 min miqranta qapı açılırsa, onlar ən azı bu saydan on dəfələrlə çox miqrant göndərəcəklər və bu, artıq özünü göstərməkdədir. Hindistanlılar çinlilər kimi ən ağır şərtlər altında yaşamağa öyrəşiblər və bu da hazırkı ağır şəraitdə onların ölkəni tərk edən rusların yerini doldurmasına imkan verir.
Bir neçə ildən sonra isə bu siyasətin Rusiyanın demoqrafik vəziyyətini və etnik kimliyini köklü şəkildə dəyişə biləcəyi şübhəsi yaranıb.
Putinin Ukraynaya hücumu nəticəsində təxminən 2 milyon insanın öldüyü və yaxud yaralandığı bildirilir: minlərlə dağılmış ev, minkilometrlərlə mina doldurulan münbit torpaqlar, dağıdılan yüzlərlə şəhər və kəndin hamısı ruslar və ukraynalılarındır. Bu müharibədə qeyri-slavyanlar da həlak olur, ancaq müharibə slavyan dövlətində gedir və müharibə aparan da iki slavyan dövlətidir.
Nəticə etibarilə Putinin siyasəti nəticəsində slavyanlar qırılır, torpaqları viran qalır, şəhərlərinə isə çinli-hindlilər hakim kəsilir...
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq