Bakı AZAL-a məxsus “Embrayer 190” təyyarəsinin qəzası ilə bağlı istintaqın başa çatmasını gözləyir və tezliklə kompensasiya ödənişlərinin həyata keçirilməsinə ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.ru”ya açıqlamasında deyib.
O, faciəyə görə məsuliyyət daşıyanların ədalət mühakiməsinə cəlb olunacağına da ümid etdiyini bildirib:
“9 oktyabrda Düşənbədə verilən bəyanatlar və əldə edilən razılaşmalar bu istiqamətdə atılan mühüm addımdır. Bu gün Moskva ilə Bakı arasındakı münasibətlərdə əsas məsələ təyyarə qəzası ilə bağlı məsələlərin tez və ədalətli həllidir”.
Qeyd edək ki, Rusiya tərəfindən vurulan AZAL-a məxsus təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 sərnişindən 38-i həlak olub.
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?
- Qadın küçədə maşının üzərinə uzandı, hərəkət iflic oldu - Video
- Ermənistana 12 vaqon gübrə və 6 vaqon antrasit göndərildi
- Bakıda oteldə kişi meyiti tapıldı
- Gəmidəkilərin nəşləri tapıldı