Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə müvafiq hazırlıq işləri aparılır. Bu səfərlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir. Dövlət başçıları arasında mövcud səmimi və dostluq münasibətləri isə bu prosesə mühüm töhfə verir".
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?
- Qadın küçədə maşının üzərinə uzandı, hərəkət iflic oldu - Video
- Ermənistana 12 vaqon gübrə və 6 vaqon antrasit göndərildi
- Bakıda oteldə kişi meyiti tapıldı
- Gəmidəkilərin nəşləri tapıldı