Bu gün Qroznıda, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial plitənin açılış mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.
AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial plitənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.
O qeyd edib ki, memorial plitənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial plitə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?
- Qadın küçədə maşının üzərinə uzandı, hərəkət iflic oldu - Video
- Ermənistana 12 vaqon gübrə və 6 vaqon antrasit göndərildi
- Bakıda oteldə kişi meyiti tapıldı
- Gəmidəkilərin nəşləri tapıldı