Telefon, internet kimi vasitələrdən istifadə qaçılmaz bir prosesdir, onları inzibati qadağalarla məhdudlaşdırmaq, eləcə də təcrid etmək doğru deyil.
BUTA.TV xəbər verir ki, bunu “Teleqraf” Media Qrupu və Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, rəqəmsal mühitin müsbət tərəfindən faydalanmaq və gələcək nəsilə inamla yanaşmaq lazımdır:
“Çıxışlar zamanı Z nəslindən misallar çəkildi, xatırlamaq lazımdır ki, 44 günlük Vətən müharibəsində 3000 şəhid verdik, onların əksəriyyəti Z nəslinin nümayəndəsi idi. Bu o deməkdir ki, biz burda deyildiyi qədər pessimist olmalı deyilik.
Ümumiyyətlə, istənilən cəmiyyətdə təklif olunan platformanın müsbət tərəfləri olur. Mən daha çox pozitivə köklənməyin tərəfdarıyam. Təbii ki, uşaqların təhlükəsizliyi vacib məsələdir. Onların texnologiyalardan istifadəsinə nəzarət edilməlidir, amma bu, sərhədli nəzarət olmalıdır. Tamamilə təcrid etsək, qorxaq nəsil yetişəcək. Belə nəsil isə bizə lazım deyil.
Alfa nəsli bizdən qat-qat ağıllıdır. Həm Z və həm də Alfa nəsli ilə dost olmaq lazımdır. Valideynlər uşaqları ilə çox söhbət etməlidir. Təəssüf ki, onlar çox az söhbət edirlər. Biz şikayətlənirik ki, uşaqlarımızda rəqəmsal mühitə, telefona asılılıq yaranıb, əslində bizim özümüzün asılılığımız var. Onlar da bizdən görüb-götürürlər”.
A.Camalqızı qeyd edib ki, köhnəlmiş təhsil sistemindən uzaqlaşmaq, interaktiv dərslərə üstünlük vermək lazımdır.
“Etiraf etməliyik ki, biz bu prosesə gecikmişik. Birinci və İkinci Dünya müharibələrinin nəticəsində neçə-neçə düşünən beyin, alim, ziyalı məhv edildi. Ona görə rəqəmsal cəmiyyətə, informasiya texnologiyalarına 100 il gec çatdıq. Uşaqları bu vasitələrdən qorumaq, təcrid etmək əvəzinə onlarda immunitet yaratmalıyıq. Bu da birinci növbədə ailənin, ikinci növbədə isə təhsil müəssisələrinin vəzifəsidir”, - A.Camalqızı vurğulayıb.
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?