Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.
BUTA.TV xəbər verir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, "məhkəmədəyəm" deməklə ətraflı məlumat verməkdən yayınıb.
Qeyd edək ki, ötən gün Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçdığı xəbəri yayılmışdı.
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü
- Əfqan Sadıqov həbs edildi
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video