Rusiya yeni raketlərin eksperimental nümunələrinin istehsalını başa çatdırıb və onları Ukrayna ərazisində sınaqdan keçirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə monitorinq aparan “Eradar” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, ruslar xüsusilə yeni hava bazalı qanadlı X-BD-K raketinin tətbiqinə hazırlaşır. Onun daşıyıcısı strateji bombardmançı Tu-95MS olacaq:
“Raketin uçuş sürəti 900 km/saat-a qədər, bəyan edilən uçuş məsafəsi isə 3000 km-dir. O, X-101 raketinin analoqu sayılır, lakin dəyişdirilmiş tuşlama sistemi və uçuş hündürlüyü ilə fərqlənir”.
Həmçinin hipersəs qanadlı raket X-99-un yaradıldığı iddia olunur. Onun daşıyıcısı Tu-160M strateji bombardmançısı olacaq. Qeyd edilir ki, X-99 raketinin uçuş sürəti 6600 km/saat-a qədər, uçuş məsafəsi isə 5500 km-ə qədər olacaq.
Bundan başqa, rusiyalıların Ukrayna ərazisinə qarşı hipersəsli aviasiya əsaslı gəmiəleyhinə X-MC raketi tətbiq etməyi planlaşdırdığı bildirilir. Onun daşıyıcısı demək olar ki, istənilən strateji bombardmançı ola bilər.
X-MC raketinin bəyan edilən uçuş məsafəsi 900 km, sürəti isə 4200 km/saat-dır. Vurğulanır ki, faktiki olaraq bu raket X-22-nin analoqudur.
Qeyd olunur ki, yeni raketlərin sınaqdan keçirilməsi xarici komplektləşdirici hissələrin çatışmazlığı ilə əlaqədardır.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər