Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.
Bununla yanaşı, bu gün saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə bilərlər.
Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq.
Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq.
- Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər
- “Səsin düşsün dağlara, qız hara, susmaq hara?” - Fotolar
- Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
- Xaçınçaydan sel keçdi: yola və qaz xəttinə ziyan dəydi
- Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Şair şərhçilik etsə, futbolçu “Allah” olar…
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları
- “Nasaz maşını niyə sürürsən axı?!” - Qızı qəzada ölən vəkil danışdı+Video