Mehdiyevin qəzada ölən qızının sürücülük hüququ olmayıb...

14:24 - 17 İyun 2026 - GÜNDƏM

 Mehdiyevin qəzada ölən qızının sürücülük hüququ olmayıb...

Bakı-Quba yolunda sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi və yolda lazımi nişanlar quraşdırmaması 17 yaşlı qızın ölümü ilə nəticələnən dəhşətli qəzaya səbəb olub.

BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə iyunun 16-sı saat 17:00 radələrində qeydə alınıb. Sürücü Pərviz Əhmədovun idarə etdiyi “Mersedes” markalı avtomobil texniki nasazlıq səbəbindən yolda məcburi dayanıb. Lakin sürücü mümkün qəzanın qarşısını vaxtında almaq üçün qanunla nəzərdə tutulan zəruri təhlükəsizlik tədbirlərini görmək və maşını dərhal yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib.

Sürücünün yolda qəza-dayanma nişanı qoymaması ucbatından, həmin zolaqda motosikletlə hərəkətdə olan 17 yaşlı Zəhra Mehdizadə yaranmış təhlükəli şəraiti vaxtında qiymətləndirə bilməyib və yüksək sürətlə "Mersedes"ə çırpılıb.

Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hazırda istintaq aparılır.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa çağırır. İdarə xatırladır ki, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr (qəza işıqlarının yandırılması, qəza nişanının qoyulması) düzgün və vaxtında icra edilməlidir. Eyni zamanda, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsinə imkan verilməməli, özünüzün və başqalarının həyatına laqeyd yanaşılmamalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol