Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov barəsində ittihamedici hökm çıxarılıb.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.
Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Aslan Vəliyev
- Xətai İH-də tibb işçiləri üçün dəyirmi masa keçirildi
- Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər
- “Səsin düşsün dağlara, qız hara, susmaq hara?” - Fotolar
- Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
- Xaçınçaydan sel keçdi: yola və qaz xəttinə ziyan dəydi
- Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Şair şərhçilik etsə, futbolçu “Allah” olar…
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları