2026-cı il iyunun 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə kollegiya məlumat yayıb.
İclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə bir vəkil xaric edilib, bir vəkilə xəbərdarlıq edilib, beş vəkil barəsində cərimə tədbiri tətbiq olunub və iki vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
- Xətai İH-də tibb işçiləri üçün dəyirmi masa keçirildi
- Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər
- “Səsin düşsün dağlara, qız hara, susmaq hara?” - Fotolar
- Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
- Xaçınçaydan sel keçdi: yola və qaz xəttinə ziyan dəydi
- Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Şair şərhçilik etsə, futbolçu “Allah” olar…
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları