“ABŞ və İran arasında əldə olunan anlaşma memorandumu iki ölkə prezidentləri tərəfindən hər hansı rəsmi mərasim keçirilmədən rəqəmsal formatda imzalanıb”.
“BUTA.TV”nun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, sənəd bir neçə dəqiqə əvvəl ABŞ və İran prezidentləri tərəfindən məsafədən təsdiqlənib.
Bəqayi bildirib ki, imzalanma formasının seçilməsi əvvəlki təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.
“İki ölkənin ən yüksəkvəzifəli şəxsləri sənədi imzaladıqda, onun pozulmasının siyasi qiyməti daha yüksək olur. Əvvəlki təcrübəmizi nəzərə alaraq bu üsula üstünlük verdik. Eyni zamanda, hesab etdik ki, ayrıca imzalanma mərasiminin keçirilməsinə ehtiyac yoxdur”, - deyə XİN sözçüsü vurğulayıb.
- ABŞ və İran prezidentləri anlaşma memorandumunu imzaladılar
- İngiltərə DÇ-yə qələbə ilə başlayır - Video - Yenilənib
- Bakının 3 rayonunun ərazisində işıq olmayacaq
- Bəzi ərazilərdə qaz olmayacaq
- Paşinyan sülh deyir, konsulu eşitmir?..
- Xətai İH-də tibb işçiləri üçün dəyirmi masa keçirildi
- Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər
- “Səsin düşsün dağlara, qız hara, susmaq hara?” - Fotolar