Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa verərkən emosional anlar yaşayıb.
“BUTA.TV” xəbər verir ki, o, vida çıxışı zamanı ailəsinə təşəkkür edib, səsi titrəyib və göz yaşlarını saxlaya bilməyib.
Starmer çıxışında bundan sonra həyatının əsas prioritetinin ailəsi olacağını vurğulayıb.
“Ən vacib işə daha çox vaxt ayıracağam. Möhtəşəm həyat yoldaşım Vik üçün bacardığım ən yaxşı ər, qürurum və sevincim olan övladlarım üçün isə bacardığım qədər ən yaxşı ata olacağam”, – deyə o bildirib.
Vida nitqindən sonra Starmer həyat yoldaşını qucaqlayıb. Emosional anları əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və böyük maraq doğurub.




- Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar
- Hərbi xidməti təxirə salmaq üçün... - DİM sədri
- Yasamal və Nizami rayonlarında işıq olmayacaq
- Onlar universitetə imtahansız qəbul olur - Sədr
- Baş Qərvənddən son kadrlar - Video
- Bu il keçid balları artacaq? - DİM sədri açıqladı
- Bakıda daha bir yol sahəsi təmir olundu
- Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu