Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 40-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacaq.
- Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar
- Hərbi xidməti təxirə salmaq üçün... - DİM sədri
- Yasamal və Nizami rayonlarında işıq olmayacaq
- Onlar universitetə imtahansız qəbul olur - Sədr
- Baş Qərvənddən son kadrlar - Video
- Bu il keçid balları artacaq? - DİM sədri açıqladı
- Bakıda daha bir yol sahəsi təmir olundu
- Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu