Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib.
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – məlumatda qeyd olunub.
Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlamışıq.
***
Bundan başqa, hazırda “Expressbank”, “AccessBank”, “Yelo Bank”da da bənzər problem yaranıb.
***
“Azericard” məsələ ilə bağlı açıqlama yayıb: “İyunun 24-ü xidmət göstərdiyimiz bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azəricard”dan asılı olmayan texniki səbəbdən yaranıb. Təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur. Məsələ yaxın zamanlarda tam həllini tapacaq”.

- Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - Video
- İranla sərhəddə PUA zərərsizləşdirildi - Foto
- "Azercell"in süni intellekt təlimlərinə start verilir
- "Azərikard"dan kartlarda yaranan problemlə bağlı açıqlama
- “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
- Zevsin qardaşına hökm oxundu
- “Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi
- Bank kartlarında problem yarandı - Açıqlama - Yenilənib