Azərbaycanda sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloger adı altında hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş “Regionxeber” və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial media hesablarını və səhifələri idarə edən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Qafqazda ilk “Apple Shop” “Kontakt”da açılır - Həsən İsrafilzadə
- Naxçıvana uçuşlar ləğv edildi
- Azərbaycanda quru sərhədlərlə bağlı qərar...
- Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…
- "Ford" səkiyə çırpıldı: sürücü belə xilas edildi - Video
- Maaş və sosial ödənişlərdə artım olacaq?