Fevralın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BUTA.TV-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin perspektivləri və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğuna məmnunluqla istinad edib. Bu xüsusda, cari ilin mart ayında Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Azərbaycanın 2019-cu ildən bəri Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub.
Tərəflər, eyni zamanda 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan QH-nın 19-cu Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video