Rusiya ilə müharibədə qələbəni yaxınlaşdırmaq üçün Ukraynaya F-16 qırıcıları və uzaqmənzilli raketlər də daxil olmaqla ən qabaqcıl Qərb silahlarının verilməsi lazımdır.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli ABŞ senator və konqresmenləri üçün keçirilən qapalı brifinqdə deyib.
Brifinqdə Kavolidən F-16-ların Ukraynaya Rusiya ilə müharibədə kömək edib-etməyəcəyini soruşublar. Kavoli isə “hə” cavabını verib.
“ABŞ və müttəfiqləri Ukraynaya ötürə biləcəkləri ən qabaqcıl silahları göndərməlidirlər. Söhbət müasir təyyarələr, dronlar və ATACMS kimi 100 kilometrdən çox mənzilə malik raketlərdən gedir”, - general bildirib.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir