Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətlərini davam etdirməyə çalışan erməni separatçılarının “xarici işlər naziri” Sergey Qazaryan Xankəndidən İrəvana, oradan da Moskvaya gedib.
BUTA.TV bu barədə erməni separatçıları “rəsmən” elan ediblər.
Bildirilib ki, Qazaryan 12-16 fevral tarixlərində Moskvada “səfərdə” olub. O, erməni icması və ekspertlərlə görüşüb və yenidən Xankəndiyə qayıdıb.
Qeyd edək ki, bir müddət öncə separatçıların “dövlət naziri” olduğunu iddia edən Ruben Vardanyan da Moskvaya getmiş və sonra yenidən Xankəndiyə qayıtmışdı.
Ermənilərin Rubenyanın ardınca Qazaryanın da Xankəndidən çıxıb, "səfərə gedib", yenidən qayıtmasını elan etməsi əslində Laçın yolunun açıq olmasının etirafıdır.
Laçın yolundakı aksiya yalnız Azərbaycanın yeraltı sərvətlərinin daşınması, o cümlədən Ermənistandan Xankəndiyə silah-sursat, mina və muzdlu daşınması, həmçinin 3-cü ölkə vətəndaşlarının girişi üçün maneədir.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq