Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs “Evim Yuvan Olsun” kampaniyası çərçivəsində Bodrumdakı 5 mənzilini zəlzələ qurbanlarının istifadəsinə verib.
BUTA.TV xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə yazıb.
“Evim Yuvan Olsun” kampaniyasına qoşulun. Mən də 5 mənzilimi zəlzələdən zərər görənlərin ixtiyarına verdim. İmkanınız varsa, siz də edin”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İ.Tatlısəsin qızı Dilan Çıtak da Bodrumdakı evlərinin qapılarını çarəsiz durumda qalan ailələrə üzünə açmışdı.
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video
- “Döyüş başlıqları anbarlardan çıxarılır” - SIPRI-dən həyəcan təbili
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək