İsrail Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Kiyevə səfər edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri hökumət mənbələrinə istinadla məlumat yayıb.
“Mənbələr bildirir ki, əgər Rusiya ABŞ Prezidenti Co Baydenin Kiyev səfəri zamanı təxribat törətmədisə, İsrail xarici işlər nazirinin Ukrayna səfəri Moskvada ajiotaj yaratmadısa, deməli, Netanyahu da gedə bilər”, - nəşr qeyd edib.
“İsrail Hayom” xatırladıb ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar başlayandan bəri Netanyahu ehtiyatlı gediş edir:
“Lakin yenidən vəzifəyə gəldikdən sonra bir neçə dəfə qeyd etdi ki, İsrail Ukraynaya silah sistemlərinin göndəriməsi məsələsinə baxır, hətta xarici işlər naziri Eli Koenin Kiyevə səfərinə razılıq verdi”.
Ukraynalı rəsmilərdən birinin nəşrə verdiyi məlumata görə, artıq Kiyev Netanyahuya rəsmi dəvət göndərib, lakin səfərin tarixi hələ müəyyən edilməyib.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı