Martın 25-də Avropada yaşayan Güney azərbaycanılar Belçikanın Brüssel şəhərində aksiya planlaşdırır.
BUTA.TV xəbər verir ki, məlumatı Güney Azərbaycanı təmsil edən müxtəlif partiya və siyasi təşkilatlardan təsdiq ediblər.
Bildirilib ki, aksiya təşkilatlar adına deyil, Avropada yaşayan güneylilər adına keçiriləcək. Siyasi baxışlarından asılı olmayaraq, istənilən şəxs iştirak edə bilər.
Aksiya iştirakçıları Güney Azərbaycanla bağlı məsələlərə diqqət çəkmək niyyətindədilər. Onlar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarlarını səsləndirib, Güney Azərbaycan bayraqları ilə şəhərin diqqət çəkən yerlərində toplaşacaqlar.
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü
- Əfqan Sadıqov həbs edildi
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video