Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 74-cü günündə də ekofəallar ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradırlar.
BUTA.TV xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib. Təşkilata məxsus avtomobillərdə erməni əsilli şəxslər də olub.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Dünən gün boyu Rusiya sülhməramlılarının 86 avtomobilinin aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətdə keçidi təmin olunub. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Azərbaycanlı ekofalların dinc məqsədlə təşkil etdikləri bu aksiya Qarabağda ekoloji istismara qarşı ötən ilin dekabrın 12-dən başlayıb.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür