Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə bildirib.
“Cənab Nazir Leo Dokerti ilə Şəhidlər xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, - diplomat qeyd edib.
- Gəmidəkilərin nəşləri tapıldı
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto