Rusiya və Türkiyə müttəfiq deyil, onların arasında münasibətlər hər an pisləşə bilər və bu, Rusiya üçün ciddi zərbə olar, başqa bir münaqişə istiqaməti açar. Ona görə də Ukraynada müharibə başa çatana qədər Rusiya Azərbaycanın və Türkiyənin Cənubi Qafqazdakı maraqlarına toxunan heç bir konkret addım atmayacaq.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.
“Hələ ki, sülhməramlı addımlar atılacaq, başqa heç nə. Ukraynada hərbi əməliyyat bitdikdən sonra Kremlin Qarabağ ermənilərinə dəstək olaraq problemin həllinə dair təkliflərilə fəaliyyətini aktivləşdirməsi məntiqlidir”, - Lepexin bildirib.
O qeyd edib ki, Rusiya Vardanyanın oyundan çıxarılmasını da istəmir:
“Ona görə də Moskva şəxsən ona müəyyən dəstək verəcək, heç olmasa, onu kənar təsirlərdən qoruyacaq”.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür