Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək.
BUTA.TV xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O bildirib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib:
“Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.
İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil bütün səviyyə üçün keçərlidir:
“Hər bir qiymtələndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir”.
- Gəmidəkilərin nəşləri tapıldı
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto