Yağışlı hava şəraiti səbəbindən Goranboyun bir neçə kəndində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bir saatdan çoxdur ki, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazalılar kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Kəndin sakinlərinin bildirdiyinə görə, bu kəndlərdə elektrik enerjisinin verilməsində yaranmış fasilələr əsasən hava şəraiti səbəbindən olur.
Sakinlər, küləkli və ya yağıntılı hava şəraiti müşahidə olunan zaman bir xətt üzərinə olan bu kəndlərdə elektrik enerjisinin verilməsində problemlər yaranır.
Adiəti qurumlardan isə bildirilib ki, hazırda yaranmış problemin həlli ilə məşğul olunur və qısa zamanda adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı