Türkiyədə fevralın 6-da baş verən zəlzələlər nəticəsində yaşayış binalarının dağılmasına görə məsuliyyət daşıyan 171 nəfər həbs edilib.
BUTA.TV xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 43 556 nəfər həlak olub.
- Əhmədovdan rüşvət alan fransalı iş adamının cəzası azaldıldı
- Bu bazarda yoxlama aparıldı: Ciddi nöqsanlar... - Foto
- Bakıda bu parkın ərazisi dağıdıldı - Video
- 15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?