Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen və Avropa Birliyi (AB) Şurasının prezidenti Şarl Mişel 2023-cü ilin birinci yarısında Çinə səfər edə bilərlər.
BUTA.TV xəbər verir ki, bu barədə Çinin Avropa Birliyindəki səfiri Fu Szun “Qlobal Tayms” nəşrinə açıqlamasında deyib.
Onun sözlərin görə, AB-nin iki yüksək səviyyəli rəsmisinin səfərinə hazırlıqlar gedir:
“Pekin Ukrayna məsələsində AB-nin bəzi mövqeləri ilə tam razı deyil, lakin bu məsələ Çin və Avropa arasında münasibətlərin inkişafına təsir göstərməməlidir. AB Ukrayna məsələsində həddən artıq emosional olmaqdan çəkinməlidir. İnsanların istəkləri ola bilər, amma həqiqətlə üzləşməlidirlər. Əks halda bu müharibə uzanacaq”.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi