Yalnız Ukraynanın hərbi uğurları Rusiya ilə gələcək danışıqların perspektivlərini yaxşılaşdıra bilər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
“Mən Rusiyanın indi ciddi şəkildə danışıqlara kökləndiyini düşünmürəm. Və düşünürəm ki, yalnız Kiyevin döyüş meydanında irəliləyişi gələcək danışıqlar üçün perspektivləri yaxşılaşdıra bilər”, - Börns bildirib.
Onun sözlərinə görə, Ukrayna danışıqların mümkün olub-olmamasına qərar verməlidir. Və buna görə də döyüş meydanında üstünlük əldə etməsi üçün bu ölkəyə Amerika yardımını davam etdirmək həyati vacibdir.
- Naxçıvanın baş naziri yeni qərar imzaladı
- 14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı
- ADY: Bu il dəmir yolu keçidlərində 15 qəza baş verib
- Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
- “BakıKart”ın qiyməti 1 manat artır
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı