İranın keçmiş baş naziri, ev dustağı edilən Mir Hüseyn Musəvi və həyat yoldaşı Zəhra Rəhnəvərdə qarşı yeni məhdudiyyətlərin tətbiq edildiyi bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə "Kəlmə" saytı məlumat yayıb.
Saytın yazdığına görə, əslən azərbaycanlı olan keçmiş baş nazirə qarşı yeni təzyiqlər onun hakimiyyət və konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum təklifi ilə bağlıdır.
Qeyd edək ki, Mir Hüseyn Musəvi bir müddət öncə azad referendum keçirilməsini və Müəssislər Məclisinin formalaşdırılmasının vacibliyini bildirib və bu prosesdə bütün xalq nümayəndələrinin iştirakının lazım oldugunu vurğulayıb.
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür