Brüssel açıq şəkildə İrəvan və Bakı ilə münasibətlərindən sui-istifadə edir. Onlar Ermənistan ərazisinə mülki missiya göndərir və bu missiyanın legitimliyi baxımından bir çox suallar yaranır.
BUTA.TV xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı nazirin sözlərinə görə, missiya mandatı, funksiyaları, müddəti və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə gətirə biləcəyi “əlavə dəyər” də daxil olmaqla, bir çox məsələ var:
“Kiminlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir. Rusiya bütün hərəkətlərində “zərər verməmək” prinsipini rəhbər tutur. Moskva bütün problemlərin belə bir həllini təşviq etməyə çalışır ki, bu da üç liderin bütün razılaşmalarına əsaslansın. Və region ölkələri arasında qarşılıqlı-faydalı, hörmətə əsaslanan əməkdaşlıq təmin edilsin. Bütün oyunçular, xüsusən də Cənubi Qafqazdan uzaqda yerləşən oyunçular eyni prinsipləri rəhbər tutmur. Onlar burada nəyinsə xeyrinə deyil, kiminsə əleyhinə işləmək istəyirlər. Biz bunu görürük, əminəm ki, bunu birbaşa prosesdə iştirak edən tərəflər də görür”.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi