“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var. BUTA.TV xəbər verir ki, bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər.
Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib. Məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxladıq: Şirkətdən məsələnin araşdırılıb, sabah məlumat verəcəklərini bildiridilər.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı