Azərbaycan tərəfi artıq 44 günlük müharibədən dərhal sonra Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərlə görüşmək təşəbbüsləri ilə çıxış edib.
BUTA.TV “Caliber”ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədov bildirib.
“Bu gün belə bir formatda ilk görüş keçirilib. Görüş zamanı əsasən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının qarşısında duran maneələr və çağırışlar müzakirə olunub”, – deyə millət vəkili məlumat verib.
O qeyd edib ki, təəssüratlara görə, ilkin təmas baş tutmuş sayıla bilər.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı