Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı