Kreml bir il əvvəl ordusuna Ukraynaya hücum əmri verəndə təxmin edə bilməzdi ki, savaşın qəlpələri tədricən Rusiya ərazisinə də çatacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna diversantlarının Bryanska hücumu ilə bağlı qeyd edib.
“Məlumata görə, Rusiyanın Bryansk viliayətində toqquşmalar olub. Rusiya agentlikləri yazırlar: “Ukraynalı diversantlar Rusiya sərhədini keçiblər, atəş nəticəsində ölənlər arasında Rusiya vətəndaşları da var”.
Bəs Rusiya ordusu bir ildir Ukraynanın sərhədini pozmayıbmı?
Rusiya Prezidenti Vladimir Putin Kremldə təcili Təhlükəsizlik Şurasının iclasını çağırıb. Kreml baş verənlərin “intiqamını” Ukraynanın şəhərlərini bombalamaqla, mülki insanları öldürməklə alacaq. Ancaq Rusiya vətəndaşları işğala səssiz qalmaqla yanaşı, müharibənin evlərinə yaxınlaşdığını anlamağa başlayıblar”, - o bildirib.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı