Güc mənbələri iddia edir ki, Suren Papikyanın müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsi həll olunub. Hazırda onun icra mexanizmi müzakirə edilir. Onun hara gedəcəyi və yerinə kimin gələcəyi sual yaradır. Ermənistan parlamentinin müdafiə komissiyasının sədri Andranik Köçəryanın adı mətbuatda Papikyanın varisi kimi hallanır. Amma görünür, bu şayiələri məhz o yayır.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Mənbələrimiz bildirir ki, Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı müdafiə naziri postuna təyin etməyə meyillidir. O, müharibədən sonra Azərbaycan rəsmiləri ilə müxtəlif formatlarda həm əsirlərin dəyişdirilməsi, həm də hərbi əməliyyatlarla bağlı danışıqlar aparıb. Onun sərhədin delimitasiyası və demarkasiyasında iştirakı və azərbaycanlılarla ortaq dil tapması Paşinyan üçün ən dəyərli amillərdən biridir”, - məlumatda deyilir.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür