Rusiyanın "böyük hücumu" yanvarın ortalarında başladı, amma faktiki olaraq yalnız Baxmuta yönəldi.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı general Viktor Nazarov deyib.
Onun sözlərinə görə, bu gün Rusiyanın kifayət qədər məhdud imkanları var, ona görə də rus qoşunları yalnız Baxmuta hücum edir.
“Bu hücum çərçivəsində ruslar hətta taktiki uğur belə qazana bilməyiblər”, - general bildirib.
Nazarovun fikrincə, bu, Ukraynanın əks hücumu üçün perspektivlər açır:
“Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş rayonları azad edildikdən sonra sülh danışıqları üçün fürsət açılacaq. Rusiya quru dəhlizini itirəcək. Krımın özü də təhlükə altında olacaq. Luqansk vilayətinin şimalı da vacibdir. Orada əks-hücum Donbasın işğal olunmuş ərazilərinə nəzarəti çətinləşdirəcək. Müharibə Rusiyanın sərhədlərinə qədər gedəcək. Ruslar bütün gücləri ilə bunun qarşısını almağa çalışırlar”.
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu