Ağcabədi rayon Polis şöbəsinin rəisi cəzalandırılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) ötən ilin yekunlarına dair hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, ərizəçi Ombudsmana müraciət edərək, övladının Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 3 gün həmin şöbədə qanunsuz olaraq saxlanıldığını və bu müddət ərzində pis rəftara məruz qaldığını bildirib, məsələnin obyektiv araşdırılmasında və həmin polis əməkdaşları barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib.
Şikayətlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciətə verilmiş cavabda inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra məhkəməyə göndərmədiyi üçün Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barəsində İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati icraat başlanaraq vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Daxili İşlər Nazirliyinə təqdimat göndərildiyi bildirilib.
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu