Qarabağda məscidlərin ermənilər tərəfindən dağıdılması təkcə azərbaycanlılara münasibətdə deyil, bütün müsəlman dünyasına qarşı təxribatdır.
BUTA.TV xəbər verir ki, bunu Report-a Küveytin "An-nahr" qəzetinin əməkdaşı Samirə Frimeş məlumat verib.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görəndə çox kədərləndiyini bildirib.
"Küveytdə işimlə əlaqədar olaraq Qarabağda baş verənlər haqqında çox eşitmişəm. Amma özünüz də gözəl başa düşürsünüz ki, eşitmək və öz gözlərinizlə görmək tamamilə fərqlidir", - jurnalist deyib.
O, Azərbaycanda daha əvvəllər də olsa da, Qarabağa ilk dəfədir səfər etdiyini vurğulayıb.
“Allaha şükür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, biz Azərbaycan xalqı üçün çox sevinirik”, - Samirə Frimeş bildirib.
"Cəmi 8 ay ərzində tikilmiş Füzuli hava limanınını görməkdən şadam. Bu, həqiqətən möcüzədir. Azərbaycan hökumətinin bu ərazilərin bərpası üçün gördüyü işlər heyrətamizdir ", - jurnalist fikrini tamamlayıb.
Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist bu gün Füzuli rayonuna səfər edib.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı