İsrailin maliyyə naziri Bezalel Smotriç Fələstinin Huvara şəhərini məhv etmək çağırışlarına görə Vaşinqtona səfəri öncəsi ABŞ vizası almaya bilər.
BUTA.TV xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Dövlət Departamentinin rəsmiləri bu yaxınlarda İsrail diplomatlarına eyham ediblər ki, Smotriç ABŞ-a səfərini ləğv etmək qərarına gəlsə, daha yaxşı olar:
"Əgər israilli nazir ölkəyə səfər etsə, Prezident Bayden administrasiyasından heç kim onunla görüşməyəcək".
Vurğulanır ki, Smotriçə vizanın verilməməsi ABŞ və İsrail arasında münasibətlərdə misli görünməmiş addım olacaq.
Qeyd edək ki, fevralın sonunda Huvarda iki israilli fələstinli qruplar tərəfindən güllələnib. Hadisədən sonra Smotriç açıq şəkildə İsraili “Fələstin şəhərini yer üzündən silməyə” çağırıb və bu, Amerika hakimiyyətinin reaksiyasına səbəb olub.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu